Dünya çempionu Qərb ölkələrini Rusiyaya hücum etməyə çağırdı

Dünya çempionu Qərb ölkələrini Rusiyaya hücum etməyə çağırdı

1 Dekabr 2011 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli şahmatçı, dünya çempionu, qrossmeyster, bakılı Harri Kasparov Rusiyada növbəti seçkilər ərəfəsində sensasiyalı bir bəyanatla çıxış etdi. O, dünya dövlətlərinə səslənərək dedi: "Qərb Rusiyaya qarşı çıxmalıdır. Bu zaman yarımçıq tədbirlər görməməli, güc tətbiq etməlidir. Məsələn, Liviyadakı kimi".

Xatırladaq ki, Harri Kasparov hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır və "Həmrəylik" adlı Rusiya müxalifət hərəkatının başçısıdır.

Həyat şahmat oyunu kimidir. Qrossmeyster bu dəfə qara fiqurlarla oynadığı üçün pat vəziyyətinə düşüb...

Hafiz Əhmədov

O.M.