Barak Obamadan sünnət sertifikatı tələb olunacaqdı!

Barak Obamadan sünnət sertifikatı tələb olunacaqdı!

19 Aprel 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Barak Obamadan sünnət sertifikatı tələb olunacaqdı! Amma son anda...

Hələ də ABŞ prezidentinin Amerikada doğulduğuna inanmayan respublikaçılar tələ - yeni qanun hazırladılar. Konqresə təqdim olunan və müzakirə edilən qanunda bunlar yer alır: 2012-ci il və ondan sonrakı seçkilərdə namizədliyini irəli sürən hər bir kəs əvvəlcə doğum şəhadətnaməsini təqdim etməlidir. Əgər bu sənədi yoxdursa, o zaman xaç, ya da sünnət sertifikatı ilə seçkilərə qatılmalıdır. Əgər Jan Brever bu qanuna imzasını atsaydı, bu bir ilk olacaqdı. Lakin Brever "layihənin çox irəli getdiyinə " inandığı üçün, "Dünyanın ən güclü ölkəsinin başına keçəcək birindən sünnətini soruşa bilmərəm", - deyə bildirib. Və bu qanunun qüvvəyə minməsinə qarşı çıxıb.

Qəribədir, ABŞ-da prezidentliyə namizədləri "hərtərəfli" yoxlamaq istəyirlər.

Günel Həbib

O.M.