Antalyada hərbçiləri daşıyan avtobus aşdı: 23 yaralı

Antalyada hərbçiləri daşıyan avtobus aşdı: 23 yaralı

25 Fevral 2018 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Antalya əyalətində yol qəzası nəticəsində azı 23 hərbçi xəsarət alıb. APA-nın IHA-ya istinadən verdiyi xəbərə görə, hərbçiləri daşıyan avtobus ötən gün 23.30-da Kestel qəsəbəsi yaxınlığında qəzaya düşüb.

Məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.