Obama kəşfiyyatçılarını Liviyaya göndərdi
Amerika mətbuatında yer alan xəbərlərə görə, Obama CIA-a casuslarının Liviyadakı üsyançılara kömək etmələri məqsədilə onların bu ölkəyə soxulmaları barədə əmrə imza atıb. ABŞ prezidenti bir Amerika əsgərinin belə Liviya torpağına addım atmayacağını bir çox dəfə təkrarlamışdı. Ancaq ABŞ mətbuatında çıxan xəbərlər bunun tərsini iddia edir. "ABC News"da yayımlanan xəbərdə bildirilir: "Obama "CIA"nın Liviyadakı gizli əməliyyatlarda iştirak etməsinə icazə verən əmri imzaladı. Adları açıqlanmayan amerikalı səlahiyyətlilər bildirirlər ki, verilən əmr üsyançılara birbaşa silahlı dəstəyi nəzərdə tutmasa da, bunun yollarını hazırlayır. Diktator isə həyəcanlıdır. O, hər hansı bir ölkədən Liviya ərazisinə sızacaq və onlara kömək edəcək casusların yerindəcə öldürülməsi barədə xüsusi tapşırıq verib.
O.M.