İstanbulla Beyrutun qardaşlaşması erməniləri hiddətləndirdi

İstanbulla Beyrutun qardaşlaşması erməniləri hiddətləndirdi

24 Noyabr 2011 13:57
764
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə Türkiyə nümayəndə heyəti Livanın Beyrut şəhərində İstanbulla Beyrutun qardaşlaşmış şəhərlər olması barədə sənəd imzaladı. Bu sənəd ermənilərin Sosial-Demokrat, "Daşnaksütyun" və "Ramkavar Azatakan" partiyalarının rəsmi etirazına səbəb oldu. Ermənistanın Tert.am saytının məlumatına görə, dünən partiyalar birgə bəyanat verməklə mövcud sənədi pislədilər. Bəyanatda bildirilir ki, Türkiyənin xələfi olan Osmanlı İmperiyası 400 il boyunca regiona, o cümlədən Livana bədbəxtlik gətirib. Beyrutun Əzabkeşlər meydanı Osmanlı əsgərlərinin Livan ziyalılarını və rəhbərlərini qətlə yetirməsini simvolizə edir. Bu gün Livan Türkiyədən üzr istəməyi, mərhumların məzarına əklil qoymağı tələb etməkdənsə, onları qonaq çağırıb, iki şəhəri qardaşlaşdırılmış elan edir.

Dünyada bütün ideologiyalar müsbət insani keyfiyyətlər üzərində qurulduğu halda, xəstə erməni təxəyyülü düşmənçilik ideologiyasını təbliğ edir...

Natiq Qocaman

O.M.