Azərbaycanda seçicilərin sayında artım qeydə alınıb
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçicilərin daimi siyahısının tətbiqinə dair məsələyə baxılıb.
Məsələ barədə MSK katibi Natiq Məmmədov məlumat verib.
N.Məmmədov seçici siyahısının dəqiqləşməsində yerli icra və bələdiyyə orqanlarının, o cümlədən polis orqanlarının iştirak etdiyini bildirib:
"Hər il seçki siyahıları yanvardan başlayaraq mayın sonuna qədər dəqiqləşdirilir. Seçki Məcəlləsinə əsasən isə məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək başa çatmalıdır. Seçkilər aprelin 11-ə təyin olunub və MSK-nın seçici siyahılarının tətbiqi müddətini qısalda bilər".
N.Məmmədov qeyd edib ki, MSK seçki komissiyaların fəaliyyətini sürətləndirə bilər:
"Martın 3-ə qədər seçici siyahıları dəqiqləşdirilərək tərtib edilə və ictimaiyyətə açıqlana bilər".
MSK katibi əlavə edib ki, ötən illə müqayisədə seçicilərin sayı 28 344 nəfər artıb.
Daha sonra məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.olke.az































































































