Türk ordusu daha 3 kəndi azad etdi

Türk ordusu daha 3 kəndi azad etdi

19 Fevral 2018 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun üzvləri Afrində İkidam, Şeltah və Merseva kəndlərini YPG-PKK terrorçularından təmizləyib.

Axar.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Əməliyyatın başlamasından indiyə qədər zərərsizləşdirilən terrorçu sayı 1641-ə yüksəlib.

Qeyd edək ki, Afrində keçirilən "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başladılıb.