Amerika seçkilərinə müdaxilə edən Putinin "aşbazı" imiş, bir də azərbaycanlı

Amerika seçkilərinə müdaxilə edən Putinin "aşbazı" imiş, bir də azərbaycanlı

17 Fevral 2018 08:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ədliyyə nazirliyi 2016-cı il prezident seçkilərinə müdaxilə edən 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb. Sənəd bu gün nazirliyin saytında dərc olunub.

İttiham olunanlar arasında RF prezidenti Vladimir Putinin "aşbazı" adlandırdıqları iş adamı Yevgeni Priqojin də var.

Qalan ittiham olunanlar arasında bir soydaşımız da yer alıb. Siyahını təqdim edirik:

Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Ceyhun Nəsimi oğlu Aslanov, Vadim Podkopayev, İrina Kaverzina, Qleb Vasilçenko, Vladimir Venkov.

"İnternet –tədqiqat agentliyi" MMC birbaşa internet-təbliğatla məşğul olublar və öz əməkdaşları tərəfindən Kremlin trolları adlanırlar. Bu agentliyi Priqojinin başçılıq etdiyi "Konkord" holdinq maliyyələşdirir.