İsraildən sərt müdaxilə — 148 fələstinli yaralandı

İsraildən sərt müdaxilə — 148 fələstinli yaralandı

17 Fevral 2018 08:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzza və İordan çayının qərb sahillərində davam edən etirazlar zamanı 148 fələstinli yaralanıb.

"Ölkə.Az" xəbər verir ki, Fələstinin Qəzza və İordan çayının qərb sahillərindəki şəhərlərində ABŞ-ın Qüds qərarına qarşı təşkil edilən nümayişlərdə İsrail əsgərləri fələstinli nümayişçilərə qarşı sərt müdaxilə edib.

İsrail əsgərlərinin həqiqi güllələrdən istifadə etdiyi müdaxilə zamanı 148 fələstinli yaralanıb, 1 fələstinli həbs olunub.