Putin reaksiya vermir, səssizcə gözləyir...

Putin reaksiya vermir, səssizcə gözləyir...

16 Fevral 2018 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Kreml hesabatı"nın dərcindən sonra Rusiya ABŞ-la bundan sonra münasibətləri daha da gərginləşdirməmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bunu "Apostrof" saytına müsahibəsində rusiyalı politoloq Liliya Şevçova söyləyib.

"Putinin reaksiyasına baxın. O, nə Konqresin avqustdakı qanununa, nə də "Kreml hesabatı"na reaksiya verdi. Moskva Qərblə, Trampla qarşıdurmaya hazır deyil. Kreml çalışır ki, Amerikanı qıcıqlandırmasın və onunla barışsın. Görünür, bu siyasət Ağ Evdən müəyyən cavab alır. Belə ki, hesabat dərc edilməzdən əvvəl Amerikada gözlənilmədən Rusiyanın kəşfiyyat orqanlarının bütün rəhbərləri peyda oldular", – deyə o bildirib.