İran Misir münasibətləri düzəlir

İran Misir münasibətləri düzəlir

19 Aprel 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

İran 30 il sonra yenidən Misirə səfir təyin edib. İran xəbər agentliyi "İrna"-nın verdiyi məlumata görə, Misirdə Hüsnü Mübarəkin hakimiyyətdən getməsindən sonra diplomatik münasibətlərin bərpasına başlanılıb.


Paytaxt Qahirəyə təcrübəli diplomat Əli Əkbər Sibuyehin səfir sifəti ilə göndərildiyi açıqlanıb. O, münasibətlərin normallaşdırılması üçün danışıqlara başlayıb. ABŞ tərəfdarı olan sünni Qahirə ilə şiə Tehran arasında münasibətlərin sürətlə istiləşməsi müşahidə olunur.


Qeyd edək ki, 1980-ci ildən sonra Misirin İsraili dövlət olaraq rəsmən tanıması və İranda islam inqilabının baş verməsi ilə münasibətlər korlanmışdı.

Dünya birliyi tərəfindən təklənən İran inteqrasiyanın yeni yollarını axtarır...

Elvin Babayev

O.M.