Səudiyyədən İsrail təyyarələrinə qadağa

Səudiyyədən İsrail təyyarələrinə qadağa

8 Fevral 2018 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı və İsrail arasında razılaşmanın əldə edilməsi məsələsinə ər-Riyaddan sərt reaksiya gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı İsraillə hər hansı razılaşmanın əldə edilmədiyini bildirib.

Ər-Riyad tərəfi "Air İndia" şirkətinə məxsus təyyarələrin heç bir halda Səudiyyə hava sərhədlərinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib.

Qeyd edək ki, İsrail tərəfinin yaydığı məlumatda ər- Riyad rəhbərliyinin Hindistanın paytaxtı Dehlidən Tel-Əvivə uçacaq təyyarələr üçün hava sərhədlərini açması ilə bağlı razılıq əldə edildiyini yazılmışdı.