Rusiya ilə Avropa arasında müharibə ehtimalı artır
Rusiya ilə Avropa arasında müharibə ehtimalı artmaqda davam edir. Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə fevralın 16-dən 18-dək keçiriləcək təhlükəsizlik üzrə Münhen konfransının məruzəsində deyilir.
"Sona və geriyə qədər"? adlı sənəddə bildirilir ki, silahlara nəzarət haqqında sazişlərə riayət edilməməsi səbəbindən Qərblə Moskva arasında silahlı toqquşma riski artıb.
Məruzədə deyilir: "Belə bir biabırçı vəziyyətdə adi bir səhv və ya anlaşılmazlıq da müharibəyə gətirib çıxara bilər".
Bundan başqa, sənəddə qeyd edilir ki, Ukraynanın şərqindəki münaqişəli vəziyyət Rusiya və Qərb münasibətlərinin normallaşması prosesini çətinləşdirir.
Digər xəbərlər









































.jpg)





















































