Azərbaycan-Rusiya münasibətləri inkişaf etdiriləcək

Azərbaycan-Rusiya münasibətləri inkişaf etdiriləcək

7 Fevral 2018 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı çıxışında qeyd etdiyi bir fikri xatırlatmaq istərdim: Əgər bütün dünyada münasibətlər Rusiya və Azərbaycan arasında olan münasibətlər kimi olsaydı, o zaman dünyada heç bir problem olmazdı. Hesab edirəm ki, bu fikir Azərbaycan-Rusiya münasibətlərinin kursunu göstərir".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Milli Məclisin sədri Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında deyib. O, sərginin təşkili ilə əlaqədar Rusiya Dövlət Dumasına, Dumanın MDB ilə iş üzrə Komitəsinə təşəkkürünü bildirib: "Əminəm ki, belə tədbirlər gələcəkdə də Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yardım edəcək. Bu münasibətlərin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayır. Bu səfərlər çərçivəsində 200-dən artıq dövlətlərarası ikitərəfli sənəd imzalanıb".