Tiflisdə Rusiyaya qarşı döyüşən polkovnikin oğlu öldürüldü
Tiflisdə Donbas müharibəsində Ukraynanın tərəfində döyüşən Dodo Qugeşaşviliyə sui-qəsd təşkil olub.
Hücum nəticəsində Qugeşaşvili ağır yaralanıb, onun 1985-ci il təvəllüdlü oğlu isə həlak olub. Sui-qəsdi təşkil edən şəxslərdən heç biri yaxalanmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi hücumdan dərhal sonra açıqlama yayaraq, hücum edən şəxsin Qugeşaşvili ailəsini yaxından tanıyan biri ola biləcəyini bildirib.
Qeyd edək ki, Qugeşaşvili Abxaziya müharibəsində də iştirak edib. O həmin dövrdə Mxedrionu qruplaşmasının rəhbərinin müavini olub. Qugeşaşvili ehtiyatda olan polkovnikdir.
Digər xəbərlər































































































