Azərbaycandan Gürcüstana gedənlərin sayı artıb
Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 116 min 503 nəfər səfər edib.
Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.
Onun sözlərinə görə, Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Ümumilikdə isə cari ilin yanvar ayında Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının sayı 444 min 241 nəfər təşkil edib.
Azvision.az
Digər xəbərlər
































































































