Suriyada Türkiyə tankı vuruldu: 5 hərbçi şəhid oldu

Suriyada Türkiyə tankı vuruldu: 5 hərbçi şəhid oldu

4 Fevral 2018 08:01
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın Afrin bölgəsində Türkiyə ordusuna məxsus tankın vurulması nəticəsində 5 hərbçi həlak olub. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Baş Qərargah bundan əvvəl Afrindəki əməliyyat zamanı ümumilikdə 5 hərbçinin həlak olduğunu bildirmişdi.

Qeydə edək ki, Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatı yanvarın 20-dən davam edir.