Türkiyə hərbi sahəyə 35 milyard dollar xərcləyəcək
Türkiyə əsgər, polis, jandarma və sahil təhlükəsizliyi ünsürlərinin istifadə etdiyi silah sistemləri və nəqliyyat vasitələrinin istehsalında xaricdən asılılığı azaltmaq üçün yeni bir addım atıb.
Axar.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin İcraiyyə Komitəsinin iclasında 35 milyard lirə dəyərində 55 yeni layihənin həyata keçirilməsi barədə qərar qəbul edilib.
Məlumata görə, 7 saatdan artıq davam edən iclas zamanı "Zeytun budağı" əməliyyatının milli müdafiə sənayesinin varlığının vacibliyini bir daha təsdiqlədiyi bildirilib.
Qeyd edək ki, Türkiyənin müdafiə sənayesi sahəsində EUROSAM raket mühafizə sistemi, "Altay" tanklarının seriyalı istehsalı, "Kirpi", "Əjdər Yalçın", "Kobra2", LST amfibiya gəmisi, HÜRKUŞ döyüş təyyarəsi, TF-X milli döyüş təyyarəsi kimi layihələri ön planda dayanır.































































































