Türkmənistan əhalisi arasında türk dili geniş yayılıb

Türkmənistan əhalisi arasında türk dili geniş yayılıb

1 Fevral 2018 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistanda türk telekanallarının əhali arasında populyar olması nəticəsində adı çəkilən ölkədə türk dilində danışanların sayı durmadan artmaqdadır. Mediainfo.az-ın CA-Nevvs- ə istinadən verdiyi məlumata görə, bu barədə Azadlıq radiostansiyasının tükmən redaksiyasının yaydığı xəbərdə deyilir:
"Türk mədəniyyəti türk telekanallarına baxan gənclərin şüuruna artıq daxil olub. İndi hətta məktəblilər də evlərində və məşğələlərdə öz aralarında türk dilində danışmağa başlayıblar".
Bununla bağlı yerli sakinlərdən biri deyib ki, Лебап, Мары və Ахал вilayətlərində əhali daha tez-tez öz aralarında türk dilində danışırlar:

"Mən özüm dəfələrlə şahidi olmuşam ki, ana uşağı ilə türk dilində yaxşı səviyyədə danışır. Türk dili gənclər arasında daha geniş yayılıb və onların çoxu bu dildə sərbəst danışırlar".
Araşdırmaçıların fikrincə bu amil daha çox türk və türkmən dillərinin yaxınlığı ilə bağlıdır. Ona görə də türkmənlər türk dilini asanlıqla başa düşür və danışırlar.