"Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunmalıdır”

"Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunmalıdır”

1 Fevral 2018 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yolunu tapmaq lazımdır.

Bunu Moskvada səfərdə olan İtaliyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano jurnalistlərin suallarını cavablandırarkən deyib.

Alfano qeyd edib ki, münaqişənin nizamlanması məsələsi Lavrovla bu gün baş tutan görüşdə müzakirə olunub və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu məsələdə mövqeyi vurğulanıb.

ATƏT sədri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında, sülh yolu ilə həll olunmalıdır. Azvision.az