“Ermənistanın işğal siyasəti ilə bağlı qanun layihəsi hazırlanmalıdır”
Parlamentdə Ermənistanın işğal siyasəti ilə bağlı qanun layihəsinin hazırlanması təklif edilib.
Azadinform xəbər verir ki, bu təkliflə Milli Məclisin yaz sessiyasında deputat Rövşən Rzayev çıxış edib.
Deputat ermənilərin AŞPA-da qış sessiyası çərçivəsində Strasburqda Dağlıq Qarabağın işğalının 30 ilini "Demokratik Dağlıq Qarabağ hərəkatı" adı ilə təqdim etdiyini vurğulayıb.
R. Rzayev bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu dövlətlərinə ayrı-ayrılıqda müraciət edilsin.
Digər xəbərlər































































































