Afrində ermənilərin də daxil olduğu “xristian ordusu” yaradılır
PYD/PKK terror qruplaşmasının "asayişi qorumaq" adı altında yaratdığı saxta polis təşkilatı Suriyanın şimal-şərqindəki xristian aysorlara (assuriyalılar) qarşı əməliyyat keçirir.
Bu barədə "Anadolu" agentliyi araşdırma aparıb.
Məlumata görə, bölgədəki sakinlər hər gün PYD/PKK zülmünə məruz qalırlar. Təkcə yanvarın 19-da "asayiş polisləri" 4 erməni və 3 aysoru naməlum istiqamətə qaçırıb. Onların və daha sonra qaçırılan xristianların PYD/PKK düşərgələrində təlim gördüyü və Türkiyənin antiterror əməliyyatları apardığı Afrinə göndərildiyi qeyd edilib.
Sakinlər bildirirlər ki, "asayiş polisi" qaçırılan şəxslərin YPG-nin sıralarına cəlb edildiyini təsdiqləyib.Axar.az
Digər xəbərlər









































.jpg)






















































