Rusiya parlamentinə 150 cinayətkarın namizədliyi verilib

Rusiya parlamentinə 150 cinayətkarın namizədliyi verilib

10 Noyabr 2011 18:57
Bəyəndim (0) Bəyənmədim (0)
Cinayətkar namizədlərə bütün partiyaların seçki siyahılarında rast gəlmək olar

Rusiya Mərkəzi Seçki Komissiyasının sorğusu əsasında Daxili İşlər Nazirliyi Rusiya Dövlət Dumasına namizədlərin şəxsiyyətini yoxlayıb. Məlum olub ki, 150-dək namizədin cinayətkar keçmişi olub. "Ведомости" qəzetinin məlumatına görə, 4 dekabrda baş tutacaq seçkilərə qədər siyahıda "təmizləmə" işləri aparılsa da, 50-yə qədər namizəd siyahılarda qalmaqdadır. Maraqlıdır ki, cinayətkar namizədlər hər bir partiyanın siyahısında var. MSK-nın nümayəndəsi Yevgeniy Kolyuşin bildirir ki, keçmişdə cinayət törətmiş, lakin seçkilərə qədər cəzasını çəkmiş bütün namizədlər parlament seçkilərində iştirak edə biləcəklər. MSK-nın tələbi ilə partiyalar 18 noyabra qədər siyahılarını dəqiqləşdirməlidirlər.

Maraqlıdır ki, hakim "Vahid Rusiya" partiyasının 4 namizədinin adı da müxtəlif vaxtlarda iqtisadi cinayətlərdə hallanıb.

Xatırladaq ki, cinayətkar namizədlər oğurluq, zorlama, qətl, rüşvətxorluq və bu kimi ağır cinayətlərə görə cəza alıblar.

Millət vəkili millətinin vəkilidir...

Sərvər Aslanov

O.M.