
Atambayev prezident seçkilərinin I turunda qalib gəldi
MSK: "artıq II tura ehtiyac qalmadı"
Qırğızıstanın 55 yaşlı hazırkı baş naziri Almazbəy Atambayev Qırğızıstanın prezident seçkilərinin I turunda rəqiblərinə qalib gəldi. Bu barədə Qırğızıstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. MSK sədri Tuyqunaalı Əbdürəhimov bildirib ki, artıq II tura ehtiyac qalmadı.
Xatırladaq ki, hazırkı prezident seçicilərin 60 % - dan çox səsini toplaya bilib. Qələbə üçünsə 50% -dan artıq səs toplamaq kifayətdir.
Qaliblər müzakirə olunmur...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər