
Obama: "Qəddafinin ölümü bütün dünyadakı diktatorlar üçün xəbərdarlıq olmalıdır"
"Müəmmar Qəddafinin ölümü bütün dünyadakı diktatorlar üçün xəbərdarlıq olmalıdır". Bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Liviyada antiiqtidar aksiyaları başlayandan sonra ABŞ Qəddafiyə demokratik islahatlar keçirmək üçün şans verib. Ancaq diktator aksiyaları zorakılıqla yatırmağa çalışaraq bu şansdan istifadə etmədi.
Qeyd edək ki, mart ayından NATO aviasiyası Liviyaya zərbələr endirməyə başlayıb.
Avqust ayında üsyançılar paytaxt Tripolini tutublar.
Bu gün NATO ölkələrinin Liviyadakı əməliyyatları oktyabr ayının 31-də başa
çatdırılması məsələsini müzakirə edəcəklər.
Xatırladaq ki, 42 il hakimiyyətdə olan Liviyanın keçmiş lideri Müəmmar Qəddafi
oktyabrın 20-də doğma şəhəri olan Sirtdə öldürülmüşdü.
Hər şeyin əvvəli olduğu kimi sonu da mütləqdir...
Sərvər Aslanov
O.M.