E.Şevardnadze: "Gürcüstanda vətəndaş müharibəsi olacaq"

E.Şevardnadze: "Gürcüstanda vətəndaş müharibəsi olacaq"

25 Oktyabr 2011 16:26
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident olmaq istəyən gürcü milyarderi Gürcüstanın xilaskarıdır

Gürcüstan rəhbərliyini Rusiya ilə danışıqları mütəmadi və məhsuldar deyil. Bu fikri Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze səsləndirib. Onun sözlərinə görə, Saakaşvili gah Moskva ilə danışıqlara hazır olduğunu deyir, gah da səbəb olmadan bundan boyun qaçırır. "Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün mütləq Rusiya ilə əlaqələri düzəltmək lazımdır. Putin və ya bir başqası olsun, Rusiyasız Abxaziyanı və Cənubi Osetiyanı geri qaytara bilməyəcəyik", - deyə sabiq ölkə rəhbəri bunun mümkün yollarını da göstərib: "Gürcü milyarder İvanişvili çox soyuqqanlı siyasətçidir. Onun Moskva ilə əlaqələri düzəltmək istəyi məni ümidləndirir. Heç kim onun 2012-ci il parlament seçkilərində iştirakını qadağan edə bilməz. Bunu həm gürcü xalqı istəyir, həm də beynəlxalq ictimaiyyət. Əgər rəhbərlik onun vətəndaşlığını bərpa etməsə, seçkilərdə iştirakına şərait yaratmasa, Gürcüstanda vətəndaş müharibəsi olacaq." Sabiq prezident həmçinin gürcü milyarderini "Gürcüstanın xilaskarı" adlandırdı.

Hayla gələn vayla gedər...

Hafiz Əhmədov

O.M.