Tezliklə Yaxın Şərqin daha 2 diktatoru devriləcək

Tezliklə Yaxın Şərqin daha 2 diktatoru devriləcək

20 Oktyabr 2011 20:17
Bəyəndim (0) Bəyənmədim (0)
2012-ci ildən sonra növbə Orta Asiya respublikalarınındır?

Barak Obama ötən seçkilərdə qələbəsindən dərhal sonra belə bir fikir səsləndirmişdi: "Yaxın Şərqə və Orta Asiyaya demokratiya lazımdır". O vaxtlar yeni seçilmiş prezidentin bu fikrinə çoxları əhəmiyyət vermədi. Lakin zaman keçdikcə, daha doğrusu, Yaxın Şərq hadisələrindən sonra bəlli oldu ki, Obama hakimiyyətinin demokratiyanın "nəqli" barədə öz strateji planı var. Associated Press agentliyinin Pentaqondakı etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, planın birinci mərhələsi 2012-ci ilin yazına qədər həyata keçirilməli idi. Lakin bəzi obyektiv səbəblərə görə planın reallaşdırılması bir qədər ləngiyir. Məhz bu səbəbdən Obama 2-ci müddətə prezident seçiləcəyi təqdirdə (O.M.- bu, heç kimdə şübhə doğurmur) yeni inqilabi dalğalar Orta Asiyada baş qaldıra bilər. Hətta 2 dəfə üsyan yaşamış Qırğızıstanda belə yeni çevrilişin baş verməsi istisna deyil.

Demokratiya qanunların diktaturası olsa da, ABŞ onu diktaturanın qanunu kimi "təbliğ edir"..

Sərvər Aslanov

O.M.