Əli Kərimli: "Qanunvericiliklə PKK-ya qiymət verilsin"

Əli Kərimli: "Qanunvericiliklə PKK-ya qiymət verilsin"

20 Oktyabr 2011 18:18
Bəyəndim (0) Bəyənmədim (0)

19 oktyabrda Türkiyədə baş verən terror aktı ilə bağlı İctimai Palatanın üzvü, Xalq Cəbhəsi partiyasının rəhbəri Əli Kərimli də mövqe bildirdi. O, qardaş Türkiyə xalqına başsağlığı verməklə yanaşı, türklərin terrordan sarsılmayacağını əminliklə qeyd etdi. Daha sonra regionda artan terror probleminin birlikdə həll edilməli olduğunu vurğuladı. Müxalifət lideri iqtidar nümayəndələrinin və rəsmi dövlətin mövqeyini tənqid etməyi də unutmadı. O dedi: "Baş verənlər Azərbaycan rəsmilərini ona sövq etməlidir ki, yalnız şifahi, mətbuat konfranslarında deyil, qanunvericiliklə PKK-ya qiymət verilsin".

Ümumi dərd insanları birləşdirir. Birlikdə olaq, ancaq bu dəfə qələbə sevinci ətrafında. Amin...

Hafiz Əhmədov

O.M.