Rusiya Federasiya Şurasının spikeri Putinlə Medvedevə qarşıdır
Moskva, 16 aprel, yerli vaxtla saat 15:06
РИА Новости agentliyinin yaydığı məlumata görə, Rusiya parlamenti Federasiya Şurasının spikeri prezident seçkilərində Putinin və Medvedevin eyni vaxtda iştirakını siyasi səhv addım hesab edir.
Mironov bunu həm də ölkə üçün yanlış addım adlandırıb. Spiker jurnalistlərlə görüşündə onu də əlavə edib ki, həmsədri olduğu eserlər partiyası adıçəkilən namizədin heç birini dəstəkləməyəcək. O deyib: "Biz partiya olaraq kimi dəstəkləyəcəyimizi hələ müəyyən etməmişik. Bu, mən də ola bilərəm. Dəqiq qərar payızda veriləcək."
Heç təsadüfi deyil ki, Rusiya Federasiyasının gerbində ikibaşlı qartal təsvir olunub.
Natiq Qocaman
O.M.
Digər xəbərlər