Azərbaycan və Avstriya prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Avstriya prezidentlərinin təkbətək görüşü olub

12 Oktyabr 2011 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Avstriya Respublikasının Federal prezidenti Haynts Fişer və xanımı Margit Fişerlə birgə görüşü olub. Sonra İlham Əliyev və Haynts Fişerin təkbətək görüşü keçirilib.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub, ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Avstriya prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fərid Qurbanov

O.M.