
Yəməndə koalisiya öz əsgərlərini vurdu: 9 ölü
Yəməndə koalisiya qüvvələri yanlışlıqla rejim qüvvələrini bombalayıb.
Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumunda 9 yəmənli əsgər öldürülüb. Saada əyalətinin Buqa bölgəsinə endirilən zərbələr nəticəsində daha 3 əsgər yaralanıb.
Qeyd edək ki, 2014-cü ilin avqustunda Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında qarşıdurma başlayıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası husilərə hava zərbəsi endirməyə başlayıb. İndiyə qədər 10 min dinc sakin, o cümlədən, 2,4 min uşaq və 2 min qadın daxili savaşın qurbanı olub.
Mediainfo.az
Digər xəbərlər