Türkiyədə cəmi 196 general qalıb

Türkiyədə cəmi 196 general qalıb

24 İyul 2017 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il baş vermiş dövlət çevrilişinə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrində aparılmış "təmizləmə"lər nəticəsində general və admiralların sayı 40% azalıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevriliş cəhdinə qədər ölkədə 236 general və admiral var idisə, hazırda onların sayı 196-dır.

Bildirildiyinə görə, çevriliş cəhdindən sonra Silahlı Qüvvələrin sıralarına təxminən 13 min hərbçi qəbul edilib ki, bunların da əksəriyyəti ehtiyatda olan zabitlərdir.

Mediainfo.az