Türkiyədə zorakıları xədim edə bilərlər

Türkiyədə zorakıları xədim edə bilərlər

4 Aprel 2011 02:22
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə Böyük Millət Məclisi bu məsələni müzakirə etdi

Son zamanlar Türkiyənin gündəmini darmadağın edən zorlamalarla bağlı xəbərlər, nəhayət ki, dövlət məmurlarını da ciddi şəkildə narahat etməyə başladı. Elə bu səbəbdən də parlamentin Ədalət Komissiyası budəfəki iclasını məhz həmin mövzu ilə açdı. Məclisdə bir çox millət vəkilinin şərhi dinləndi. Onlar yekdilliklə cinayətkarların cinsi orqanlarına "cəza verilməsinə" etiraz etdilər və "xədim etmək əvəzinə məhbusu asaq" kimi ifadələr işlətdilər.

Xatırladaq ki, Türkiyədə bir neçə ildir ölüm hökmü ləğv olunub.

O.M.