Doğum günündə milyon dollarlar göydə uçuşdu

Doğum günündə milyon dollarlar göydə uçuşdu

7 Oktyabr 2011 13:44
Bəyəndim (0) Bəyənmədim (0)
"Pulu mənə Allah verir"

Çeçenistan lideri Ramzan Kadırov 35-ci ad günün qeyd etdi. Daha öncə doğum gününü qeyd etməyəcəyini, hədiyyə verən dövlət məmurlarını isə işdən qovacağını bildirən lider sözdə buna əməl etsə də, realda ab-hava tam bambaşqa idi. Belə ki, həmin gün paytaxt Qroznının 193-cü il dönümü olduğundan Ramzan özünü məhz bu günü qeyd edirmiş kimi göstərdi. Eyni zamanda mərkəzdə böyük alış-veriş mərkəzinin də lenti kəsildi. Bu mərasimlərə isə Jan Klod Van Dam, Hilari Svak, Venessa Maye və s. ulduzlar da qatılmışdılar. Milyon dollarlıq günün qəbzini Ramzan Rusiya Respublikası tərəfindən məhz Qroznı üçün ödəndiyini iddia etdi. Kadırov pulu haardan əldə etdiyi sualına isə bu cür cavab verdi: "Allah bizə verir. Özüm də bilmirəm, amma bir yerlərdən gəlir də..."

Günel Həbib

O.M.