Səfər Əbiyev və Ohanyan cəbhə xəttindəki vəziyyəti müzakirə edib

Səfər Əbiyev və Ohanyan cəbhə xəttindəki vəziyyəti müzakirə edib

6 Oktyabr 2011 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Ermənistanın müdafiə naziri Seyran Ohanyan Brüsseldə görüşüblər. Məlumata görə, qısa söhbət zamanı tərəflər cəbhə xəttində baş vermiş son hadisələrə diqqət yetiriblər.

Hər iki nazir NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edirlər.

Ötən gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib. Bu zaman qarşı tərəfdə bir neçə əsgər zərərsizləşdirilib.

Atışma zamanı Azərbaycan Ordusu da şəhid verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.

Ermənistan mətbuatı ötən gün 3 erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumat yayıb. Onlardan biri ölüb, ikisi isə yaralanıb.

"Ermənilər dünyanın ən pis ağ dərili nökərləridir. Onlar şərəfsizdirlər. Oğurluqları çox məşhurdur. Onlar yalnız qorxu və kötək altında sakit olurlar. (Adam Mete)

Fərid Qurbanov

O.M.