
Türk əsgəri PKK ilə toqquşdu: 3 şəhid, 2 yaralı
Diyarbəkirdə türk əsgəri ilə PKK terrorçuları arasında atışma olub.
Məlumata görə, əsgərin "təslim ol" çağırışına məhəl qoymayan PKK-çılar atəş açmağa başlayıblar. Nəticədə 3 türk əsgəri şəhid olub, 2-si yaralanıb.
Atəşə cavab verən türk əsgəri PKK terror təşkilatının 3 üzvünü məhv edib.
Bölgədə terrorçuların yüksək rütbəli üzvlərinin olduğu, əməliyyatların davam etdiyi bildirilir.
Mediainfo.az
Digər xəbərlər