Tillerson Ramazanın qeyd olunmasını qadağan etdi

Tillerson Ramazanın qeyd olunmasını qadağan etdi

27 May 2017 20:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət katibi Reks Tillerson ABŞ Dövlət Departamentində Ramazan ayının girməsi ilə bağlı mərasim keçirilməsini qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ mətbuatı yayıb. Mətbuat Dövlət Departamenti əməkdaşlarının bu təklifi apreldə Tillersona çatdırmaqlarına baxmayaraq, dövlət katibi Ramazan mərasimi ilə razılaşmayıb. Tillersondan fərqli olaraq isə ABŞ səfirlərinin Ramazan mərasimi keçirməsinə icazə verilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentində Ramazan mərasimləri keçirilməsi ənənəsi 1999-cu ildən mövcuddur. Bu ilk dəfə Madlen Olbraytın dövründə tətbiq olunub.

Mediainfo.az