
Gürcüstanın baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Apa-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə hərbi sahədə təcrübə mübadiləsi, Gürcüstan, Azərbaycan və Türkiyə üçtərəfli formatında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri və regionun strateji nəqliyyat infrastrukturunun qorunması məsələləri müzakirə olunub.
Mediainfo.az
Digər xəbərlər