Xarici işlər üzrə Avropa Parlament Üzvləri Cənubi Qafqaza səfər edəcəklər

Xarici işlər üzrə Avropa Parlament Üzvləri Cənubi Qafqaza səfər edəcəklər

18 May 2017 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Xarici İşlər Komitəsinin nümayəndə heyəti sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında 22-25 may tarixlərində Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəkdir ki, məqsəd Prezident, Spikerlər, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirməkdir. Avropa Parlamentinin 8 Üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsi nəzərdən keçirəcəkdir.

Səfər qabağı c-b MakAllister demişdir: "Həmkarlarım və mən Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfərimizi səbirsizliklə gözləyirik. Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəfmüqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız vardır. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq."

C-b MakAllisterdən başqa, AP nümayəndə heyətinə yeddi Parlament Üzvü daxil olacaqdır: c-b László Tokes (EPP, HU), x-m Željana Zovko (EPP, HR), c-b Andrejs Mamikins (S&D, LV), c-b Angel Dzhambazki (ECR, BG), c-b Ivo Vajgl (ALDE, SL), c-b Helmut Scholz (GUE/NGL, DE) və parlamentlərarası nümayəndə heyətini təmsil edən x-m Heidi Hautala (Greens, FI).

Nümayəndə heyəti 22 may tarixində Azərbaycana səfər edib, hakimiyyət dairələri, o cümlədən Prezident İlham Əliyev, Milli Məclisin Sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməyi planlaşdırır. 23 may tarixində Parlament Üzvləri Gürcüstana gedib, Prezident Ciorgio Marqvelaşvili, Baş Nazir Giorgi Kvirikaşvili, Spiker İrakli Kobaxidze, vətəndaş cəmiyyəti təşkilatları ilə görüşəcək, 24 mayda Mtxetada Aİ-nın monitorinq missiyasına (AİMM) baş çəkəcəkdir. AP nümayəndə heyəti 25 mayda Ermənistanda öz missiyasını başa vuracaq, Prezident Serj Sarqsyan, Parlamentin Spikeri ilə görüşlər keçirəcək və Aİ-nın maliyyələşdirdiyi layihəyə baş çekəçəkdir.

Hazırda Aİ yeni sazişlər vasitəsilə Ermənistan və Azərbaycanla öz münasibətlərini yenidən formalaşdırır ki, Ermənistanla aparılan danışıqlar yeni başa çatmış, Azərbaycanla isə yeni başlamışdır. Parlament Üzvlərinin səfəri zamanı əldə edilən məlumatlar Avropa Parlamentinin hesabatında və bu sazişlərə dair bu ilin sonunda hazırlanacaq tövsiyyələrdə istifadə olunacaqdır.

Mediainfo.az