Spiker Rusiya Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək

Spiker Rusiya Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək

16 May 2017 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək.

Apa-nın məlumatına görə, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: "Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq".

Mediainfo.az