Merkel: "Almaniya qoşunlarını "İncirlik"dən İordaniyaya apara bilər"

Merkel: "Almaniya qoşunlarını "İncirlik"dən İordaniyaya apara bilər"

15 May 2017 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Türkiyənin "İncirlik" hərbi bazasındakı qoşunlarının qonşu ölkələrə aparılması üzrə alternativlər axtarmaqda davam edəcək.

RİA "Novosti" xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.

"Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - A.Merkel vurğulayıb.

Mediainfo.az