Olland prezident səlahiyyətlərini mayın 14-də təhvil verəcək

Olland prezident səlahiyyətlərini mayın 14-də təhvil verəcək

8 May 2017 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırkı prezident Fransua Olland mayın 14-də prezident səlahiyyətlərini Fransanın yeni dövlət başçısı seçilən, "İrəli!" hərəkatının lideri Emmanuel Makrona verəcək.

Virtualaz.org-un məlumatına görə, bu barədə "Figaro" nəşri yazıb. Bildirilir ki, F.Ollandın səlahiyyət müddəti məhz həmin gün bitir.

Xatırladaq ki, mayın 7-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. E.Makron bülletenlərin 99,99% hesablanmasından sonra 66,06% nəticə ilə (20,7 milyon səs) prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Mediainfo.az