ABŞ-da erməni yalanına qarşı aksiya

ABŞ-da erməni yalanına qarşı aksiya

1 May 2017 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türklər Nyu Yorkda "Erməni yalanlarına son, öldürülən diplomatların xatirəsini yad edirik" şüarı ilə aksiya təşkil ediblər.

Erməni yalanlarına qarşı keçirilən bu aksiya sayca 13-cüdür. Aksiyanın təşkilatçısı Amerika Türk İcmaları Federasiyası olub.

Tayms-skver rayonunda keçirilən aksiyada etirazçılar qondarma erməni soyqırımının əleyhinə şüarlar səsləndiriblər. Bundan başqa, türklər aksiyada ermənilər tərəfindən qətlə yetirilən türk diplomatların şəkillərini və Türkiyə ilə ABŞ-ın bayraqlarını qaldırıblar.

Mediainfo.az