ATƏT baş katibi Moskvaya səfər edəcək

ATƏT baş katibi Moskvaya səfər edəcək

19 Aprel 2017 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in baş katibi Lamberto Zanyer aprelin 26-da Moskvaya səfər edəcək.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində ATƏT rəsmisinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü olacaq.

Görüşdə ATƏT regionundakı münaqişələrin nizamlanması müzakirə olunacaq.

Mediainfo.az