XİN başçımız Malta parlamentinin sədri ilə görüşüb

XİN başçımız Malta parlamentinin sədri ilə görüşüb

18 Aprel 2017 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Malta Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə parlamentinin spikeri Anqlu Farruca ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub və belə görüşlərinin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkiblər. Dostluq qruplarının bu əlaqələrə verdiyi töhfələr təqdir edilib.

A. Farruca Azərbaycana çoxsaylı səfərlərini və ölkə haqqında xoş təəssüratlarını bölüşüb.

E. Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında "Strateji Tərəfdaşlıq haqqında Saziş" layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətraflında fikir mübadiləsi aparılıb.

Sonda nazir parlamentin xatirə kitabına ürək sözlərini yazıb.

Mediainfo.az