ABŞ İŞİD-in kimyəvi silah anbarını vurdu

ABŞ İŞİD-in kimyəvi silah anbarını vurdu

13 Aprel 2017 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada İŞİD qüvvələrinə zərbələr endirib.

Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, beynəlxalq koalisiyanın zərbəsindən sonra İŞİD-ə məxsus anbardan əvvəlcə ağ, daha sonra sarı duman qalxıb. Bu isə orada kimyəvi maddələrin qorunduğunu sübut edir. Kimyəvi zəhərlənmə nəticəsində yüzlərlə insan ölüb, onların arasında dinc sakinlər də var.

Mediainfo.az