NATO ölkələri Berlində toplanıb
Alyansın gündəliyini Liviyada keçirilən hərbi əməliyyatlar və Yaxın Şərqdə gedən proseslər təşkil edib. Toplantıda Liviyada uçuş qadağasının davam etməsi məsələsi müzakirə edilib.
NATO üzvləri Qəddafiyə lazımi müqavimətin göstərilməməyi ilə bağlı üsyançıların narazılığını və bu barədə yeni təkliflər planını gündəmə gətirəcəklər.
ABŞ-ın dövlət katibi Hillari Klintonun da qatıldığı toplantıda ABŞ təyyarələrinin Liviya səmalarında reydlərin aparması məsələsi yenidən müzakirə ediləcək. Üzv ölkələr prioritet məsələ kimi Liviya xalqının demokratik azadlığını əldə etməsini qoyublar. Bunun ancaq diktator Qəddafinin hakimiyyətdən getməsi ilə ola biləcəyi qeyd olunub.
Müzakirə obyektlərindən biri də Əfqanıstanda hakimiyyətin yerli hökumətə verilməsi məsələsidir.
NATO dünya məsələlərini həll etmək üçün bir araya gəlib. Bunu bala yığışan arıların toplantısına bənzətmək də olar. "Arılar" gələcəyə neft azuqəsini toplamaq üçün özlərindən başqa hamını sancırlar.
Elvin Babayev
O.M.