İran prezidenti gündə cəmi 3 saat yatır
Amerikanın "NBC" kanalı bir bölümünü İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinecata həsr etdi. Müxbir Karri liderin gündə cəmi 3 saat yatdığını söylədi. Belə ki, günə sübh namazı - 05.00-da başlayan Əhmədinecat təhlükəsizliyini təmin edən xidmətçiləri ilə qaçışa çıxır. O, qaçış zamanı Silvester Stallonenin qol hərəkətlərindən istifadə edir. Daha sonra idman salonunda yarım saatını keçirir və 07.00-da ofisində olur. Yerli və xarici qəzetlərdəki xəbərləri oxuyur. Gecə 02.00-a qədər ayaq üstə olan İran prezidenti ortalama 3 saat yata bilir. Müxbir ölkənin dini lideri Ayətulla Homneyinin prezidentə daha çox yatması yönündə məsləhətlər verdiyini də vurğulayıb.
Əhmədinecatın siyasi karyerasına nəzər salsaq, görərik ki, o doğurdan da yarı yuxuludur.
Günel Həbib
O.M.