Nazir: "Suriyadakı bazalarımız antiterror əməliyyatı keçirməyə kifayət edir"

Nazir: "Suriyadakı bazalarımız antiterror əməliyyatı keçirməyə kifayət edir"

31 Oktyabr 2016 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Hmeymimdə və Tartusdakı Rusiya hərbi bazaları Suriyada antiterror əməliyyatları keçirməyə kifayət edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov kiprli həmkarı İoannis Kisulidislə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Suriya hökumətinin xahişi ilə keçirdiyimiz anti-terror əməliyyatlarının vacib parametrlərini təmin etmək baxımından Hmeymimdəki və Tartusdakı hərbi bazalarımızın çoğrafi vəziyyəti olduqca əlverişlidir", - deyə Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, kiprli həmkarı ilə bu gün keçirdiyi görüşdə Rusiya hərbi bazasının Kiprdə yerləşdirilməsi məsələsi müzakirə olunmayıb: "Bu gün bu haqda müzakirə aparmamışıq. Prinsipcə, Həbi Dəniz Qüvvələrimizin gəmiləri beynəlxalq hüquqa uyğun olaraq hansısa xüsusi xidmət olmadan dövri olaraq Kipr limanlarından istifadə edir".

Mediainfo.az