Universitetin 141 müəllimi işdən çıxarılıb

Universitetin 141 müəllimi işdən çıxarılıb

31 Oktyabr 2016 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Dənizli bölgəsindəki Pamukkale Universitetindən daha 85 müəllim işdən kənarlaşdırılıb.

"Haber7" xəbər verir ki, qanun hökmündə qərar əsasında universitetdən uzaqlaşdırılanlardan 8-i professordur. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq işi çərçivəsində işdən azad ediliblər.

Məlumata görə, FETÖ-yə dair ilk qanun hökmündə qərarla bu unversitetdən 56 professor və dosent xaric olunmuşdu.

Qeyd edək ki, iyulun 15-də dövlət çevirlişinə cəhddən sonra bu unversitetdən FETÖ ilə bağlı işdən ümumilikdə 141 professor, dosetn və müəllim işdən çıxarılıb.

Mediainfo.az